Yanvarın 20-da İsveçin xarici işlər naziri Karl Bildt Avropa Birliyinin Ukraynaya qarşı sanksiya tətbiq ediləcəyini istisna etməyib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu bəyanatın o, AB dövlətləri xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərin «Birlik Ukraynaya qarşı sanksiya tətbiq edə bilərmi» sualına cavabında deyib.
28 dövlətin naziri Brüsseldə keçirdiyi iclasda Ukraynada baş verənlərdən rahatsızlıqlarını bildiriblər.
Diplomatlar rəsmi Kiyevdən baş vermiş bütün zorakılıq aktlarının araşdırılmasının vacibliyini istəyiblər.