Avropa komissiyası İspaniya hakimiyyətindən ölkənin yarım anklav Seuta bölgəsində sərhədi keçmək istəyən afrikalı mühacirlərin rezin güllələrdən atəş tutulması ilə bağlı açıqlama tələb edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, İspaniya və Mərakeş sərhədində baş verən olay nəticəsində 14 nəfər həlak olub. Mühacirlərin böyük hissəsi, 300-400 nəfəri Mərakeş sərhədçiləri tərəfindən saxlanılsa da, onların bəziləri İspaniya çatmaq üçün suya tullanıb və boğulub.
Avropanı daxili siyasət üzrə komissarı Sesiliya Malstr bildirib ki, Avropa Birliyinin istənilən dövləti sərhədlərini qoruyarkən, insan haqlarını pozmamalıdır.
İspaniyanın daxili işlər naziri isə israr edib ki, polis rezin güllələrdən atəş açsa da, bundan heç kim yaralanmayıb və suda boğulmayıb.