AB İraqa 75 milyon maliyyə yardımı ayırıb
21 yanvar 2014 05:11 (UTC +04:00)

AB İraqa 75 milyon maliyyə yardımı ayırıb

Avropa Birliyi İraqa 75 milyon avro maliyyə yardımı ilə bağlı qərar qəbul edib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu məbləğ 2014-2020-ci illəri əhatə edəcək.

 

Avropa Komissiyasının Brüsseldən yaydığı xəbərə əsasən, qurumun inkişaf məsələləri üzrə komissarı Andris Piebalqs deyib: «AB İraqda hüquqi dövlətin  möhkəmləndirilməsi üçün institutların yaradılmasını, habelə ölkənin bərpası və insanların həyat səviyyəsinin yaxşılaşdırılması dəstəkləyir.Biz inanırıq ki, İraq hakimiyyəti sabitliyi və demokratiyaya keçidi təmin edəcək».

 

Ayrılan məbləğ İraqda insan haqları, ibtidai və orta  təhsil sisteminin dəstəklənməsinə xərclənəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 425
avatar

Oxşar yazılar