AB ilə Rusiya vizasız rejim müqaviləsi imzalaya bilər
17 dekabr 2013 05:47 (UTC +04:00)

AB ilə Rusiya vizasız rejim müqaviləsi imzalaya bilər

Avropa Birliyi ilə Rusiya arasında vizasız gediş-gəlişlə bağlı müqavilə üzərində işin başlanması tərəflər arasında keçiriləcək sammitdə bəyan ediləcək.

 

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Rusiyanın xarici işlə naziri Sergey Lavrov Brüsseldə avropalı həmkarları ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib: «Biz əminik ki, liderlərə Rusiya və Şengen müqaviləsinə daxil olan Avropa Birliyi ölkələri vətəndaşlarının qısamüddətli vizasız gediş-gəlişinə keçməsi haqda razılaşmaya hazırlığa başlamağın vaxtının çatdığını zəmanət verə bilərik».

 

Onun sözlərinə əsasən, bu istiqamətdə işlər cari ilin mayında başa çatıb: «Razılaşmanı hazır hesab etmək olar».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499
avatar

Oxşar yazılar