Qərbi Ukraynanın iki vilayətinin mərkəzi şəhərinin - Lvov və Rovnonun administrasiya binalarını avrointeqrasiya tərəfdarları ələ keçirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Lvov şəhərinin icra başçısı istefa verib.
İki minə nəfərə yaxın sakin vilayətin icra aparatı binasını mühasirəyə alıb. Onlar vilayət qubernatorunun istefasını tələb edib.
Şəhər şurası deputatlarından biri qubernatorunun istefa ərizəsini jurnalistlərə göstərib. Başqa məlumatlara əsasən, qubernator hazırda Kiyevdədir.
Rovno şəhərinin sakinləri də Xalq məclisinin çağırışından sonra vilayət icra hakimiyyəti binasını ələ keçirib