"Rəsmi Tiflis MDB ilə bağlı danışıq aparmır"
30 yanvar 2013 05:49 (UTC +04:00)

"Rəsmi Tiflis MDB ilə bağlı danışıq aparmır"

Gürcüstan XİN bəyan edib ki, rəsmi Tiflis ölkənin Müstəqil Dövlətlər Birliyinə qaytarılması ilə bağlı heç bir danışıqlar aparmır. “Mən rəsmi olaraq bəyan edirəm ki, Rusiya tərəfi ilə Gürcüstanın MDB-yə qaytarılması ilə bağlı heç bir danışıqlar aparılmır. Bu barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil”. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi məlumata görə, bu barədə bu gün jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini David Zalkalianı bildirib. “Gürcüstanın xarici siyasət kursu Avroatlantik inteqrasiyaya istiqamətlənib və bu gürcü xalqının seçimidir”, deyə David Zalkalianı vurğulayıb.

 

Xatırladaq ki, bundan əvvəl Rusiya XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Yevdokimov bildirib ki, Gürcüstan rəhbərliyi ilə ölkənin Müstəqil Dövlətlər Birliyinə qayıtması ilə bağlı məsələ üzrə təmaslara artıq start verilib. Onun sözlərinə görə, MDB-ə qayıdış məsələsində Gürcüstan özü qərar verməlidir. Mixail Yevdokimov qeyd edib ki, MDB-ə üzv dövlətlər Gürcüstanın MDB-yə qayıtmasına qarşı olmayacaq.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500
avatar

Oxşar yazılar