Gülən camaatı Ərdoğanın dediklərini təkzib edib
04 yanvar 2014 22:01 (UTC +04:00)

Gülən camaatı Ərdoğanın dediklərini təkzib edib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan KİV təmsilçilərinə Fətullah Gülən camaatından «dərsanələr və təyinatlarla bağlı məktub» göndərildiyini bildirmişdi.

 

Lent.az-ın «habertürk»-ə istinadən məlumatına görə, Türkiyə Qəzetçilər və Yazarlar Fondu baş nazirin bu çıxışına açıqlama verib.

 

Açıqlamada məktubun Fətullah Gülən tərəfindən göndərilən məktubun baş nazirə ünvanlanmadığı və mahiyyətində «hər hansı bazarlıqdan söz açılmadığı» vurğulanıb: «Məsələnin əli belədir: Fondumuzun fəxri sədri Fətullah Gülən xocaəfəndi hörmətli bir dövlət adamı ilə görüşüb. Bunun ardınca ona cavab məktubu yazmışdı.

 

Xocaəfəndi tərəfindən göndərilən məktub hörmətli baş nazir Fətullah Gülənə xitabən yazılmadığı kimi mahiyyətində də heç bir bazarlıqdan söz gedə bilməz».

 

***

18.21

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan nurçuların yüksək səviyyəli təmsilçisindən məktub alıb. APA-nın xəbərinə görə, R. T. Ərdoğan bunu jurnalist-yazarlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bu gün İstanbulda keçirdiyi qapalı görüşdə deyib.O, məktubun konkret kimdən gəldiyini açıqlamayıb. Jurnalistlər məktub sahibinin Fətullan Gülən və ya onun yaxın ətrafındakı şəxslərdən biri ola biləcəyini təxmin edir. Məktubda nur (Gülən) icması adından hökumətə sülh və barışıq təklif olunur.

 

Lakin R. T. Ərdoğan heç kimlə sövdələşməyə getməyəcəyini, hüquq-mühafizə orqanları və məhkəmə sistemindəki nurçuların hamısını sistemdən kənarlaşdıracaqlarını qətiyyətlə vurğulayıb.

 

Baş nazir “Ergenekon” və “Balyoz” cinayət işləri əsasında məhkum olunmuş şəxslərin yenidən mühakimə olunmasının mümkünlüyünü də söyləyib. Bu barədə müvafiq araşdırma aparılması üçün ədliyyə nazirinə tapşırıq verilib. Əsgər adı çəkilən cinayət işlərinin ibtidai və məhkəmə istintaqında qanunsuzluqlar, hüquq pozuntuları aşkarlanarsa, generallar başda olmaqla, məhkum olunmuş şəxslər yenidən mühakimə olunacaqlar.  

 

R. T. Ərdoğan 17 dekabr 2013-cü ildə gerçəkləşdirilən rüşvət və korrupsiya əməliyyatını hökumətə qarşı qiyam cəhdi kimi qiymətləndirib. O, aparılan rəy sorğularına əsasən Ədalət və İnkişaf Partiyasının (AKP) reytinqinin qətiyyən aşağı düşmədiyini və 30 mart bələdiyyə seçkilərində yenidən parlaq zəfər qazanacaqlarını açıqlayıb.

 

Xatırladaq ki, Türkiyə hökuməti 17 dekabr əməliyyatında polis, prokurorluq və məhkəmə orqanlarında mövqe tutmuş nurçuları ittiham edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2813
avatar

Oxşar yazılar