APA-nın “France Presss” agentliyinə istinadən verdiyi məlumata görə, 16 silahlı Əl-Xəldiyə, 46 isə Ər-Rəmadi şəhərində zərərsizləşdirilib. Əməliyyat İraqın xüsusi xidmət orqanları və yerli icmaları tərəfindən keçirilib.
Xatırladaq ki, yaxınlarda “İraq və Levantedə İslam Dövləti” qruplaşması İraqın Əl-Fəluca şəhərinin yarısı və Ər-Rəmadi şəhərinin bir hissəsini ələ keçirmişdi.