Türkiyədə növbəti terror: 2 polis şəhid olub
15 dekabr 2015 18:26 (UTC +04:00)

Türkiyədə növbəti terror: 2 polis şəhid olub

Bu gün günorta saatlarında Türkiyənin Diyarbəkir vilayətinin Silvan rayonu ərazisində PKK terrorçuları polisə hücum edib.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə Diyarbəkir-Silvan magistralında baş verib. PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcı maddə zirehli polis maşını keçən zaman uzaqdan idarə olunan pultla işə salınıb. Nəticədə maşında olan 5 polis əməkdaşı yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, yaralılardan ikisi dünyasını dəyişib. Digər 3 yaralının müalicəsi davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

Oxşar yazılar