Qasırğa Moskvanı iflic hala saldı - <b>İldırım iki nəfəri öldürdü</b> -  GÖRÜNTÜLƏR
30 iyun 2017 17:30 (UTC +04:00)

Qasırğa Moskvanı iflic hala saldı - İldırım iki nəfəri öldürdü - GÖRÜNTÜLƏR

Moskvada başlayan qasırğa daha iki can alıb. Paytaxtın Dmitrevski və Sofino rayonlarında ildırım iki nəfəri öldürüb.

***

 

Bu dəqiqələrdə güclü qasırğa  Rusiyanın paytaxtı Moskvanı ağuşuna alıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, şəhəri dolu vurub, küləyin sürəti saniyədə 20 metrə çatır.

 

Artıq ilk qurbanlar var. Onlardan biri üstünə ağac aşması nəticəsində həlak olub. Moskva aeroportlarına üst-üstə 60-a yaxın reys gecikir və ya ehtiyat aeroportlara yönləndirilir.


Sinoptiklərin proqnozlarına görə, qasırğa iyulun 1-i gecə yarısına qədər davam edəcək.

Rusiya Fövqəladə Hallar Nazirliyi moskvalıları evlərindən bayıra çıxmamağa çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar