Ərdoğan: “Qərb islam dünyasını ləkələməyə çalışır”
16 aprel 2018 16:14 (UTC +04:00)

Ərdoğan: “Qərb islam dünyasını ləkələməyə çalışır”

“Müsəlmanlar 11 sentyabr hadisəsindən sonra sistemli hücumlarla üzləşirlər”. 
 
 
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman azlıqlarla bağlı keçirilən tədbirdə bildirib. 
 
 
Türkiyə prezidenti deyib ki, İŞİD, “Boko Haram” kimi terror təşkilatları islam dünyasına zərər vurur: “Bizə deyirlər ki, bəs islamın barış dini olduğunu deyirdiniz, onlar islam adı ilə insanları öldürür. Bir çox Qərb ölkəsi də daxili problemlərini pərdələmək üçün bu yanğına benzin tökürlər. Ən dəhşətli qətliamları həmin Qərb ölkələri həyata keçiriblər, indi bizə ağıl öyrədirlər. Keçən dəfə onlardan birinə dedim ki, siz Əlcəzairdə 5 milyon insanı qətlə yetirdiniz, indi Suriya ilə bağlı bizə ağır verirsiniz. Ruandada, başqa yerlərdə də belə qətliamlar törədiblər, buna görə cavab veriblər?”.
 
 
 
O qeyd edib ki, Qərb dünyası terror təşkilatları üzərindən islam dünyasını ləkələməyə çalışır: “Neofaşist partiyalarının Qərbdə hakimiyyətə gəlməyə başlamasının də səbəbi budur. Müsəlmanların evləri, məscidləri anti-islamçı qrupların hədəfi olur. Almaniya, Hollandiya, Belçika və Fransada müsəlmanlara hücumlar davam edir. Başına örtük taxan qadınlar təhqirlərə məruz qalırlar. Belə ölkələrdən biri Fransadır. Fransa qaraçıları da ölkədən çıxarıb. Bu, açıq formada insan hüquqlarına, hüquq normalarına ziddir”. 
  
 
Ərdoğan bildirib ki, Qərb ölkələri bir sıra ölkələrdə müsəlman azlıqlara qarşı etnik təmizləmə aparıldığını görmürlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

APA Baycan

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35