Brüssel metrolarında SARSIDICI TERROR: 15 ölü, 55 yaralı - YENİLƏNİB
22 mart 2016 15:07 (UTC +04:00)

Brüssel metrolarında SARSIDICI TERROR: 15 ölü, 55 yaralı - YENİLƏNİB

 

Brüsseldə “Malbek” metrostansiyasında baş verən partlayış zamanı ölənlərin sayı 15-ə çatıb.

Lent.az-ın Lenta.ru-a istinadən məlumatına görə, hadisə zamanı 55 nəfərin yaralandığı deyilir. Onlardan 10 nəfərin vəziyyəti ağırdır.

 

***

Brüsseldə daha bir metrostansiyada partlayış baş verib.

Lent.az-ın Lenta.ru-ya istinadən məlumatına görə, budəfəki partlayış şəhərin “Ar-lua” metrostansiyasında qeydə alınıb. Hadisənin təfərrüatları hələ bəlli deyil.

 

***

İlkin məlumatlara görə, metroda baş verən partlayışda 10 nəfər ölüb. 15 nəfər  yaralı var. Bu hadisənin də terror aktı olduğu ehtimal edilir. Rəsmi təsdiq yoxdur. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Brüsseldəki bütün metrostansiyalar, məktəblər və uşaq bağçaları bağlanıb. 

**

12:40

Belçikada bu gün şok üstünə şok yaşanır. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, səhər saat 8 radələrində paytaxt Brüsseldəki Beynəlxalq Hava Limanında baş verən partlayışdan sonra daha bir belə hadisə metrolardan birində yaşanıb. 

 

Bildirilir ki, Avropa İttifaqı qurumlarının yerləşdiyi əraziyə yaxın metrostansiyalardan birində baş verən partlayışda xeyli sayda yaralı var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar