"Azərros"da qalmaqal böyüyür: "Bunların başında Abbas Abbasov dayanır" - YENİLƏNİB
13 yanvar 2015 18:21 (UTC +04:00)

"Azərros"da qalmaqal böyüyür: "Bunların başında Abbas Abbasov dayanır" - YENİLƏNİB

 

"Azərros" Federal Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının üzvü, “Azərros”un Moskva vilayət təşkilatının sədri Qalib Ağayev təşkilat daxilində baş verənlərə münasibət bildirib.

 

Q. Ağayev APA-ya deyib ki, qurumun prezidenti Asif Məhərrəmov və Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun gəlişindən sonra təşkilat problemlərlə üzləşməyə başlayıb.

 

Hazırda “Azərros”un bütün mexanizmlərinin A. Məhərrəmovla A. Abbasovun maraqlarına xidmət etdiyini bildirən Q. Ağayev təşkilat daxilində intriqa, hədə-qorxu və şantaj abu-havasının hökm sürdüyünü bildirib. Onun sözlərinə görə, son 1,5 il ərzində Azərbaycanın əlamətdar tarixi ilə bağlı heç bir tədbir keçirilməyib, digər xalqların milli-mədəni təşkilatları ilə mövcud əlaqələr pozulub. 

 

Q. Ağayev bildirib ki, ötən ilin may ayında A. Məhərrəmov Azərbaycana səfəri zamanı yerli hüquq-mühafizə orqanlarında görüşlər keçirib, “Azərros”un bəzi nümayəndələri haqqında məlumatlar toplayıb: “Bu bizim narazılığımıza səbəb olub. Çünki bu məlumatlar sonradan Asif Məhərrəmov tərəfindən “Azərros” üzvlərinə qarşı çirkli məqsədlərlə istifadə edilirdi. Öz etirazlarımızı bildirəndə isə, Abbas Abbasovun adı ilə, onun Azərbaycan və Rusiyadakı güclü əlaqələri ilə hədə-qorxu gəlməyə başladılar. Lakin bu bizi qorxuda bilməzdi, çünki biz Azərbaycan xalqının mənafeyinə, ölkələrimizin dostluğuna xidmət edirik”.

 

Q. Ağayev qeyd edib ki, “Azərros”un nüfuzundan artıq heç bir şey qalmayıb: “Bu gün bu, müxalifət kimi tanınan, hamının uzaq gəzdiyi bir təşkilatdır”. A. Məhərrəmovla A. Abbasovun hazırda “Azərros”un hesabat-seçki xarakterli qurultayının keçirilməsini əngəlləmək üçün əllərindən gələni etdiklərini deyən Q. Ağayev bildirib ki, onlar təşkilatın ən fəal üzvlərinin adını ləkələmək üçün Rusiyanın hüquq-mühafizə orqanlarına, prokurorluğa, Prezident Administrasiyasına böhtan dolu məktublar göndərirlər.

 

“İndi tam əminliklə söyləmək olar ki, Asif Məhərrəmovun yanlış və dağıdıcı fəaliyyəti əslində Abbas Abbasovun siyasəti imiş. O sadəcə olaraq şəxsi maraqlar naminə Rusiyada yaşayan bir çox azərbaycanlının etimadından sui-istifadə edib və nəticədə onları Azərbaycanın düşməni edib. Bu insanlar Rusiyadakı azərbaycanlılar adından çıxış edərək qısa müddət ərzində təşkilatı Azərbaycana qarşı müxalifətə çevirdilər. Bu gün onlar tərəfindən Moskva və regionlarda Azərbaycana qarşı yönəlik təbliğat aparılır. Refionlardakı diaspora nümayəndələrinin bir çoxu onlara inanaraq səhv yoldadırlar. Biz Rusiya vətəndaşlarıyıq. Vladimir Putini və onun apardığı siyasəti dəstəkləyirik. Ümid edirik ki, Rusiya hakimiyyəti biz düz başa düşəcək. Abbasov və Məhərrəmov daim Rusiya hakimiyyəti nümayəndələrinin adları ilə spekulyasiya edirlər, bununla da nifaq salırlar”.

 

Q. Ağayev həmçinin ümidvar olduğunu bildirib ki, Azərbaycanda bütün bunları bilirlər və anlayırlar.

 

 

***

 

 

15:55

 

 

"Azərros" Federal Milli Mədəni Muxtariyyətindəki daxili qalmaqal böyüyür.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qurum üzvləri ilə Ağsaqqallar Şurası arasında anlaşılmazlıq yaranıb. Belə ki, qurumun prezidenti Asif Məhərrəmov dekabrın 26-da istefa verəndən sonra bu il yanvarın 17-də növbədənkənar qurultay keçirilməsi barədə qərar qəbul olunub.  Lakin "Azərros" Ağsaqqallar Şurasının sədri Abbas Abbasov həmin tarixdə növbədənkənar qurultayın keçirilməsinə qarşı çıxıb və bununla bağlı bəyanat yayıb.

 

A. Abbasov bu gün yaydığı müraciətində qeyd edib ki, "Azərros"la bağlı Federal Şuranın iclası çağırılmalı, növbədənkənar qurultaya hazırlıq planı təsdiq edilməlidir: "Buna görə də 2015-ci il 17 yanvar tarixinə təyin olunan növbədənkənar qurultaya hazırlıq işləri dayandırılmalıdır. Çünki qurultaya hazırlıq "Azərros" FMMM-in Nizamnaməsinə uyğun olaraq Muxtariyyətin Federal Şurasının rəhbərliyi altında keçirilməlidir".

 

A. Abbasov bəyanatında qeyd edib ki, yalnız Ağsaqqallar Şurası namizədləri təsdiq edəndən sonra "Azərros" prezidentini seçmək, eləcə də digər məsələləri həll etmək üçün qurultay keçirmək olar.

 

A. Abbasovun bu müraciətindən bir qədər sonra isə "Azərros"dan APA-ya bildirilib ki, yanvarın 17-nə təyin olunmuş növbədənkənar qurultay qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Federal Milli Mədəni Muxtariyyətin bir qrup üzvü növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü ilə çıxış edib. Qurultaya hazırlıq işlər ilə bağlı yaradılan Təşkilat Komitəsinin sədri Tahir Hacıyevin imzası ilə “Azərros”un Federal Şurasının sədri Mehriban Sadıqovaya və “Azərros”un prezidenti Asif Məhərrəmova ünvanlanan məktubda növbədənkənar qurultay keçirmək istəyən şəxsləri bu addıma vadar edən səbəblərdən bəhs olunub. Bildirilib ki, onların narazılığına başlıca səbəb qurumun prezidenti A. Məhərrəmovun fəaliyyəti və davranışıdır. Konkret olaraq, “Azərros”un fəxri prezidenti Söyun Sadıqov və Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun xahişi ilə A. Məhərəmovun qurumun rəhbəri seçilməsindən sonra “Azərros”un 2 il ərzində münaqişə, intriqa və şayiələr məkanına çevrildiyi vurğulanıb.

 

Məktubda A. Məhərrəmovun “Azərros”u dağıtdıqdan sonra azərbaycanlıların digər təşkilatlarının məhvinə başladığı, habelə onun səyi nəticəsində 1998-ci ildən azərbaycanlıların Rusiya və digər ölkələrdəki fəaliyyəti haqqında audio-video materialların, habelə “Azərros”un bütün arxivinin məhv edildiyi bildirilib.

 

Xatırladaq ki, "Azərros"a əvvəllər Söyün Sadıqov rəhbərlik edib. Daha sonra isə S. Sadıqov təşkilat rəhbərliyindən istefa verib. 2013-cü il yanvarın 25-də təşkilatın V qurultayı keçirilib. Qurultayda Ağsaqqallar Şurası yaradılıb. Ağsaqqallar Şurasına Abbas Abbasov, qurumun sədri vəzifəsinə isə Asif Məhərrəmov seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35