Suriyanın Əl-Xasaka şəhərində terrorçu-kamikadze özünü partladıb, nəticədə azı 30 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terror aktı şəhərin Əs-Səlahiyyə məhəlləsində, insanların çox olduğu yerdə törədilib.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.