[b]Türkiyə S-400 almaqdan imtina etməyəcək[/b]
29 iyun 2018 04:25 (UTC +04:00)

[b]Türkiyə S-400 almaqdan imtina etməyəcək[/b]

Türkiyə Rusiyadan S-400 sistemlərini almaqdan imtina etməyəcək.
 
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın "Bloomberg" telekanalına müsahibəsi zamanı ABŞ-ın Türkiyəyə qarşı Ankaranın Rusiyadan S-400 sistemlərini almaq məsələsi ilə bağlı sanksiyalar tətbiq etməsi imkanını şərh edərkən bildirib.
 
 
İ.Kalın bildirib: "Türkiyə suveren ölkə kimi belə məsələlər üzrə müstəqil qərarlar qəbul etmək hüququ var. Türkiyə haradan və hansı müdafiə sistemləri və texnologiyaları alacağına özü qərar verir".
 
 
Onun sözlərinə görə, Vaşinqton Türkiyəyə qarşı sanksiyalar tətbiq edərsə buna müvafiq cavab veriləcək. İ.Kalın qeyd edib ki, ABŞ-ın belə bir addımı yalnız ikitərəfli münasibətlərə ziyan vuracaq və Türkiyə öz mövqeyindən geri dönməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319
avatar

Oxşar yazılar