<b>Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirdi</b>
22 yanvar 2018 20:05 (UTC +04:00)

Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirdi

Türkiyə ordusu Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində Burseya strateji yüksəkliyini ələ keçirib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 2 terrorçu əsir götürülüb.

 

Burseya dağından PYD/YPG silahlıları Türkiyənin Kilis şəhərini atəşə tuturdular.

 

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Ötən gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar