<b>Tramp Fələstinə yardımın dayandırılmasının səbəbini dedi</b>
26 yanvar 2018 04:56 (UTC +04:00)

Tramp Fələstinə yardımın dayandırılmasının səbəbini dedi

 

 

Fələstin ABŞ-a hörmətsizlik edib, Fələstin İsraillə danışıqlara başlamayınca onlara yardım verilməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Davosda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bildirib.    

 

Tramp Fələstin rəhbərliyinin ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşməkdən imtina etməsini hörmətsizlik adlandırıb.  

 

“Fələstinlilər ABŞ-dan yüz milyonlarla dollar yardım alır. Masa arxasına oturmayanadək və danışıqlara başlamayanadək onlara pul verilməyəcək”, - deyə Tramp qeyd edib.  

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324
avatar

Oxşar yazılar