Bir neçə gün əvvəl İzmirin Menemen rayonunda baş vermiş dəhşətli intiharın görüntüləri yayılıb. Lent.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, “İZBAN” metrostansiyasında 24 yaşlı universitet tələbəsi Doğancan Atikin özünü “Aliağa-Cumaovası” xətti üzrə hərəkət edən qatarın altına ataraq intihar etməsinin videosu sosial şəbəkələrdə yayılıb.
Gənc oğlan hadisə yerində ölüb.