<b>Samarada İŞİD-çilərə qarşı xüsusi əməliyyat, saxlanılanlar var </b>
15 dekabr 2016 20:32 (UTC +04:00)

Samarada İŞİD-çilərə qarşı xüsusi əməliyyat, saxlanılanlar var

0

Rusiyanın Samara şəhəri yaxınlığında xüsusi təyinatlı polis dəstəsinin əməkdaşları İŞİD tərəfdarları olduğu  ehtimal edilən şəxslərə qarşı xüsusi əməliyyat keçirir.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat keçirilən ərazidə partladıcı qurğu aşkarlanıb. Məlumata görə, əməliyyat zamanı iki nəfər saxlanılıb.      

 

Ərazidəki yaşayış binasından sakinlər təcili təxliyə edilib. Məlumata görə, İŞİD tərəfdarları olduğu ehtimal edilən şəxslər həmin binada yaşayırmışlar.

 

Hazırda sakinlər öz mənzillərinə qayıdıb. Hadisə yerində polis növbə çəkir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar