<b>Rusiyada güclü zəlzələ</b>
25 yanvar 2018 06:43 (UTC +04:00)

Rusiyada güclü zəlzələ

Rusiyanın Komandor adaları yaxınlığında, Berinq dənizi akvatoriyasında 6,2 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

 

 Yeraltı təkanların episentri Nikolskoye qəsəbəsindən 46 km cənub-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

 

 Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Oxşar yazılar