<b>Rusiya XİN:</b> Qərb Ukraynanın daxili işlərinə qarışmamalıdır
04 fevral 2014 12:14 (UTC +04:00)

Rusiya XİN: Qərb Ukraynanın daxili işlərinə qarışmamalıdır

“Qərb ölkələri Ukraynanın daxili işlərinə qarışmağı dayandırmalıdır”.


 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin insan haqları üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov bildirib.

 

Onun sözlərinə görə, bütün müdaxilələr dayandırılmalıdır: “Avropa Birliyi ölkələri və ABŞ-ın rəsmi şəxsləri Maydanda çıxışları zamanı Ukrayna xalqını “Avropaya çağırışa”, faktiki olaraq qarşıdurmaya, onun gərginləşməsinə səsləyirdilər. Bunu Ukraynanın daxili işlərinə qarışmaqdan başqa bir şey kimi qiymətləndirmək olmaz. Bütün bunlar qərbli siyasətçilərdən eşitdiyimiz demokratik şüarlarla uyğun gəlmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388
avatar

Oxşar yazılar