<b>Rusiya XİN:</b> Nüfuzumuzdan istifadə edəcəyik
19 fevral 2014 16:44 (UTC +04:00)

Rusiya XİN: Nüfuzumuzdan istifadə edəcəyik

Rusiya Xarici İşlər Nazirliyi Ukraynada yaranmış vəziyyətlə bağlı bəyanat yayıb.


 

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda qeyd olunur ki, hazırda Kiyevdə baş verənlər faktiki olaraq hakimiyyətin güc yolu ilə ələ keçirilməsinə cəhddir.

 

“Müxalifət liderləri tərəfindən radikalların əməllərinə reaksiya verilməməsi hiddət doğurur. Onlar demokratiya və Avropa dəyərlərinə sadiq olduqlarını bəyan etməklə, “palıd” inqilabına təkan verirlər. Biz Ukraynada radikal qüvvələrin əməllərinin məsuliyyətinin müxalifətin üzərinə düşdüyünü inkar edən avropalı siyasətçilərin və strukturlarının anlaşılan reaksiyasını da görmürük”, - deyə sənəddə vurğulanıb.

 

Bəyanatda qeyd olunub ki, Rusiya tərəfi Maydan liderlərindən ölkədə qan tökülməsinin dayandırılmasını, qeyd-şərtsiz olaraq hakimiyyətlə dialoqu bərpa etməyi tələb edir: “Ukrayna Rusiya üçün qardaş ölkədir, strateji tərəfdaşdır. Biz bu ölkədə sülh və əmin-amanlığın bərqərar olması üçün öz nüfuzumuzdan istifadə edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668
avatar

Oxşar yazılar