İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş başa çatıb.
APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, danışıqlar fasilələrlə 12 saatdan çox davam edib.
Tərəflərin əsas müzakirə mövzusu Suriya böhranı və onun aradan qaldırılması olub. Lavrov və Kerri danışıqların yekunların dair birgə mətbuat konfransı keçirəcəklər.