<b>Türkiyə TV-lərinə partlayışla bağlı xəbər qadağası qoyuldu </b>
29 iyun 2016 01:41 (UTC +04:00)

Türkiyə TV-lərinə partlayışla bağlı xəbər qadağası qoyuldu

0

 Türkiyə Televiziya və Radio Yayımı Şurası İstanbulun “Atatürk” hava limanındakı terror hadisəsi ilə bağlı təfərrüatların  işıqlandırılmasına müvəqqəti qadağa qoyub.

 

APA-nın xəbərinə görə, bu barədə qurumun rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

 

Qadağanın çaxnaşma və vəziyyətin gərginləşməsinin qarşısını almaq məqsədi ilə qoyulduğu bildirilir.   

 

Bəyanatda qeyd olunur ki, terror aktları ilə əlaqəli şəxslərin müəyyənləşdirilməsi üçün partlayışların baş vermə məqamını, partlayışlardan sonrakı səhnəni əks etdirən kadrlar və dövlət qurumları işçilərinin işini əks etdirən bütün  materiallar müvafiq rəsmi qurumlara təqdim edilməlidir.

 

Son məlumata görə, terror hücumları nəticəsində 28 nəfər ölüb, azı 60 nəfər yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 486

Oxşar yazılar