<b>Kərbəlaya gedən avtobus qəzaya düşdü: 25 ölü, 22 yaralı</b>
09 noyabr 2016 00:58 (UTC +04:00)

Kərbəlaya gedən avtobus qəzaya düşdü: 25 ölü, 22 yaralı

İranın Fars əyalətində avtobusun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb, 22 nəfər yaralanıb.

 

APA-nın İran bürosunun verdiyi xəbərə görə, zəvvarları Yezd şəhərindən İraqın Kərbəla şəhərinə daşıyan "Skania" markalı avtobus Fars əyalətinin İqlid rayonu ərazisində qəzaya uğrayıb. Əyləcdə yaranmış nasazlığın qəzaya səbəb olduğu bildirilir.        

 

Hadisə yerinə xilasedicilər və həkimlər cəlb olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307

Oxşar yazılar