İran rəsmiləri Suriyadakı rejimi yalnız mənəvi cəhətdən deyil, silah-sursat, hərbi texinka, təlimatçı və canlı qüvvə ilə də müdafiə edir.
Bu haqda ölkənin çeşidli qurumlarının təmsilçiləri bəyanat verir.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, İran parlamentinin deputatı Mahmud Nəbəvian islamçı tələbələrlə görüşündə Suriyadakı rejimə Tehranın yardımından da danışıb.
Suriya məsələsinə toxunan deputat deyib: «Biz 150 min nəfər suriyalını İrana gətirib, onlara hərbi təlim keçmişik. 150 min nəfər Suriya vətəndaşını da öz ölkələrində hərbi baxımdan təlimatlandırmış, yetişdirmişik. Bundan başqa «Hizbullah»ın 50 min nəfərlik qüvvəsini Suriyaya göndərmişik. «Hizbullah» da bildirib ki, onun İsrailə atmağa 80 min raketi var. Məhz bütün bunlara görə ABŞ Suriyada məğlub oldu».