Ermənistanın yeni prezidenti də Sarkisyan olacaq
Böyük ehtimalla Ermənistanın yeni prezidenti Armen Sarkisyan olacaq.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırki dövlət başçısı Serj Sarkisyan bu gün prezident iqamətgahında onu qəbul edərək, ölkənin 4-cü prezidenti olmasını təklif edib.
Armen Sarkisyan iş adamı və Ermənistanın Böyük Britaniyadakı səfiri kimi ictimaiyyətə tanınır.
Beləliklə, Armen Sarkisyan bu il martın 2-10 aralığında keçiriləcək prezident seçkilərindən hakim Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olacaq.
198