<b>Ermənistanın sabiq müdafiə nazirinin müavini həbs edildi</b>
20 iyun 2018 03:47 (UTC +04:00)

Ermənistanın sabiq müdafiə nazirinin müavini həbs edildi

Yerevanda məhkəmə Ermənistanın sabiq müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanı həbs edib. APA-nın “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, M.Qriqoryan qanunsuz silah saxlamaqda və başqasının əmlakını mənimsəməkdə təqsirli hesab edilib.  Məhkəmə onun barəsində iki ay həbs qətimkan tədbiri seçib.   

  

Manvel Qriqoryan bundan əvvəl deputat toxunulmazlığından məhrum edilib.

 

Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini M.Qriqoryan bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. Daha sonra Milli Təhlükəsizlik Bürosunun yaydığı məlumatda deyilir ki, deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar