<b>Ən gənc ana - <span style="color:red;">DÜNYANI SARSIDAN KADRLAR </b>
14 aprel 2014 16:22 (UTC +04:00)

Ən gənc ana - DÜNYANI SARSIDAN KADRLAR

1933-cü il, sentyabrın 27-də Peruda anadan olmuş Lina Medina (Lina Vanessa Medina) tibb tarixində ən gənc ana sayılır. O, özünün ilk övladını 5 yaş, 7 aylığında dünyaya gətirib.

 

Linanı xəstəxanaya valideynləri qarnında şiş əmələ gəlməsindən şübhələndikləri üçün gətirmişdilər. Həkimlərin ilkin qənaəti də ata-ananın şübhələrini təsdiqləyir. Amma tezliklə, qızın hamiləliyin yeddinci ayında olduğu aşkarlanır.

 

Həkim Jerardo Lozada Linanın həqiqətən də hamilə olduğunu təsdiqlətdirmək üçün qızı Perunun paytaxtındakı klinikalardan birinə aparır və diaqnoz təsdiqlənir.

Uşağın çanaq sümükləri kifayət qədər inkişaf etmədiyindən, həkimlər əməliyyat etmək qərarı verirlər. Ay yarımdan sonra, 1939-cu il mayın 14-də doktor Lozada və doktor Kolaretin həyata keçirdiyi qeysəriyyə əməliyyatıyla Lina bir oğlan uşağı dünyaya gətirir. Körpənin çəkisi 2,7 kiloqram olur, anası ona həkiminin şərəfinə Jerardo adını qoyur.

Bütün şübhələr əvvəlcə Linanın atasının üzərinə düşür, onu həbs edirlər. Amma günahı sübuta yetmədiyindən, onu azad edirlər.

 

O dövrün mətbuatında bu hadisə geniş müzakirə predmetinə çevrilir. Bəzi qəzetlər yazırlar ki, Linanın böyüyüb boya-başa çatdığı kənddə yaşayan hindular kütləvi orgiya ilə başa çatan el şənlikləri zamanı zorlayıblar.

 On yaşınadək Jerardoya Linanın qardaşı olduğunu söyləyirlər və oğlan həqiqəti yalnız on yaşında öyrənir...

Lina Medina isə ömrünün sonunadək uşağın əsl atasının kim olduğunu dilinə gətirmir.

Sonralar Lina Medina ailə qurur və 1972-ci ildə daha bir uşaq dünyaya gətirir...

O, hal-hazırda Perunun paytaxtı Limanın kasıb məhəllələrindən birində yaşayır...   

 

# 4280
avatar

Oxşar yazılar