Çinin Şensi əyalətində baş verən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 147 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 11-i ağır vəziyyətdədir.
Son məlumata görə, inzibati binada baş verən partlayış zamanı 58 evə və 63 avtomobilə ziyan dəyib, yaxınlıqda yerləşən bəzi tikililər qismən uçub.
İlkin versiyaya əsasən, hadisəyə naməlum partlayıcı maddənin iş düşməsi səbəb olub. Binanın sahibi polis tərəfindən saxlanılıb. Hadisə yerində axtarış-xilasetmə işləri başa çatıb. Araşdırmalar davam etdirilir.
***
Çinin Şensi əyalətinin Sinmin qəsəbəsində baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 157 nəfər xəsarət alıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə zamanı bir neçə yaşayış evi və xəstəxana qismən və yaxud tam dağılıb.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Bununla belə, ölənlərin sayının artması ehtimalı var. Xəsarət alanlardan 11 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Partlayışın səbəbləri araşdırılır.