Çeçenistanda Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) zabiti 4 xidmət yoldaşını güllələyərək qətlə yetirib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə bu gün yerli vaxtla saat 16:00 radələrində Şelkovskoy rayonunda yerləşən hərbi hissədə qeydə alınıb.
Cinayəti törədən şəxs məhv edilib. Faktla bağlı araşdırma aparılır.