<b>Brent 54 dolları keçdi</b>
01 dekabr 2016 23:38 (UTC +04:00)

Brent 54 dolları keçdi

0

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci ilin oktyabrın 9-dan bu vaxtadək ilk dəfə olaraq 54 dolları keçib.  

 

APA-nın xəbərinə görə, saat 20.05-ə olan məlumata görə, Brent markalı neftin 1 barelinin dəyəri  3,99 faiz artaraq 53,92 dollar olub, bundan bir az əvvəl isə qiymət 54,02 dollaradək qalxmışdır.

 

WTI neftinin yanvar füçersləri isə 3,90%  artaraq 1 barelə görə 51,37 dollar təşkil edib.

 

Qeyd edək ki, neftin kəskin bahalaşmasına səbəb OPEK-ə üzv olan ölkələrin hasilat həcminin məhdudlaşdırılmasına dair qərar qəbul etməsi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 433

Oxşar yazılar