<b>Sutkada 204 dəfə “doğulan” nəhəng</b> –<span style="color:red;"> 40 il keçdi
16 fevral 2016 12:25 (UTC +04:00)

Sutkada 204 dəfə “doğulan” nəhəng 40 il keçdi

1969-cu il avqustun 14-də Kremldə Mərkəzi Komitənin növbəti iclası keçirilir. O vaxtkı sovet lideri Brejnevin stolunun üstünə qoyulmuş “Tamamilə məxfidir” qrifli qovluqda nə sirri-xuda vardısa, bax, həmin sənədlər müzakirə olunacaqdı. İclasın ilk dəqiqələrində hamıya hər şey bəlli oldu. SSRİ-də sənaye avtomobilləri çatışmırdı. Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər yük daşıya biləcək avtomobil istehsal etmək lazım idi. Avtomobil sürətli , komfort ,rahat, ağır tonnajlı və dinamik olmalı idi. Amma ölkədəki zavodların heç biri bu imkanları ödəmirdi.

Sovet hökuməti isə böyük yük götürmə qabiliyyətinə malik avtomobillərə çox ehtiyac duyurdu. Xaricdən, xüsusən də Almaniyadan böyük pullar hesabına alınan yük maşınları SSRİ-yə baha başa gəlirdi. Amma ən əsası, dünyanın beşdə birini tutan bir ölkənin indiyədək iri tonnajlı yük avtomobili istehsal etməməsi də böyük qəbahət idi axı?


 

Qovluq açılır. Sən demə, nəzərdə tutulan böyük yük götürmə qabiliyyətinə malik avtomobilə bağlı qovluqda nə az, nə çox 70 variant var. Uzun müzakirələrdən sonra “Qiproavtoprom”un layihəsi qəbul edilir. “Qiproavtoprom” avtomobilin istehsalı üçün nəzərdə tutulan yeri də seçmişdi. Bu Tatarıstan ASSR-in Naberejnıe Çelnı şəhəri yaxınlığındakı Kamsk qəsəbəsi idi. SSRİ-nin düz mərkəzində yerləşən bu qəsəbənin ətrafından Volqa və Kama çayları keçirdi. Bundan əlavə qəsəbə dəmiryolu xətlərinin kəsişməsində yerləşirdi.

Elə həmin ili dekabrın 13-də Mixail Noskov adlı ekskavatorçunun ilk kovşu vurmasıyla, gələcəyin nəhəng avtomobilinin istehsal olunacağı nəhəng zavodun tikintisi başlayır.


 

Zavodun tikintisində SSRİ-nin hər yerindən gələn fəhlələr, mühəndislər iştirak edirdilər. Təkcə tikinti meydanında eyny zamanda 100 min nəfər çalışırdı. SSRİ tikintiyə “Svindell-Dresler”, “Xolkroft”, “Sikast”, “Reno”, “Kamatsu”, “Hitaçi” kimi şirkətləri də cəlb etmişdi.

 

1974-cü ilin mayında KAMAZ-ın ilk mühərriki buraxıldı. Bundan bir il sonra  1975-ci il dekabrda zavodun ilk N1 markalı aqreqatı istehsal olundu.

1976-cı il 16 fevralında isə konveyrdən ilk KAMAZ istehsal olundu. 3 ildən sonra isə Kremlə yüz mininci KAMAZ-ın istehsal olunduğu barədə məruzə edildi. 1986-cı ilə milyonuncu, 2012-ci ildə isə 2 milyonuncu KAMAZ konvyerdən çıxdı.

Bu gün Rusiyada iki iri tonnajlı yük maşınından biri məhz KAMAZ-dır. İndiyədək dünyanın 165 ölkəsinə ixrac edilib. 1993-cü ildə KAMAZ-ın istehsal olunduğu kompleks bütünlüklə yanıb. Zavod demək olar ki, yenidən qurulub. 2000-ci ildə KAMAZ-ın borcu Monakonun xarici borcundan çox imiş. Amma qısa müddətdə bütün borcları qaytara bilib.

2011-ci ildə istehsal elə bir səviyyəyə çatıb ki, hər 24 saatda konveyrdən 204 avtomobil çıxırmış.

Zavodun İran, Pakistan, Hindistan və Vyetnam da filialları var. Zavoda çalışanların sayı, Qrelandiyada yaşayan əhalinin sayından iki dəfə çoxdur.

Hazırda KAMAZ-ın qiyməti modellərindən asılı olaraq 42 min dollardan 55 min dollaradək dəyişir.

Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar