3 nəfəri parçalayan pələngə görə  18 məktəb BAĞLANDI
24 iyul 2025 11:35 (UTC +04:00)

3 nəfəri parçalayan pələngə görə 18 məktəb BAĞLANDI

Hindistan hakimiyyəti 3 yerli sakini parçalayan pələngə görə 18 dövlət məktəbini müvəqqəti bağlamaq məcburiyyətində qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hakimiyyət orqanları artıq bir həftədir yırtıcı tutmağa çalışırlar. Llakin o, hər dəfə ovçulardan qaçır. Buna görə də heyvanın öldürülməsi düşünülür.

İnsan yeyən pələng bir neçə həftədir ki, Uttar Pradeş ştatının Pilibhit rayonunda, Pilibhit Pələng Qoruğunun yaxınlığında üzə çıxıb. Onun sonuncu qurbanı iyulun 17-də 50 yaşlı qadın olub.

Məlumata görə, yırtıcı sonuncu hücum yerindən iki kilometr aralıda yerləşən Dandiya kəndində görünüb. Pələngin yaşadığı ərazidə sıx şəkər qamışı və çəltik sahələrinin olması onun tutulmasını çətinləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar