Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Lent.az xəbər verir ki, rayon ərazisində yerləşən evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı K.Sadıqlı müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Nizami rayonu ərazisində yerləşən 2 marketdən oğurluqlar edərək zərərçəkənlərə 400 manata yaxın maddi ziyan vurmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı N.Rəhimzadə də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.