Qarsda 8 Noyabr – Zəfər Günü  coşqusu-VİDEO
09 noyabr 2026 20:13 (UTC +04:00)

Qarsda 8 Noyabr – Zəfər Günü coşqusu-VİDEO

0

Türkiyənin Qars şəhərində Azərbaycanın Zəfər Gününün 6-cı ildönümü münasibətilə yürüş keçirilib.

Lent.az Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun, Azərbaycan-Türkiyə Dərnəkləri Birliyinin və Qars valisi Ziya Polatla bələdiyyə sədri Ötüken Sengerin təşkilatçılığıyla baş tutan yürüş yüksək əhval-ruhiyyə və coşqu ilə keçib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfəri qeyd etmək üçün minlərlə insan yürüşə qatılıb.

İştirakçılar Qarsın əsas küçə və prospektləri boyunca hərəkət edərək Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandırıblar.

Musavat.com sözügedən yürüşdən görüntüləri təqdim edir:

 

 

Musavat.com

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar