12 prokuror cəzalandırıldı, 4-ü işdən qovuldu
24 iyul 2025 16:00 (UTC +04:00)

12 prokuror cəzalandırıldı, 4-ü işdən qovuldu

2025-ci ilin birinci yarımilində xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində prokurorluq işçilərinin fəaliyyətində qanunsuzluqlara və etik davranış qaydalarına zidd hallara qarşı tələbkarlıq daha da artırılıb.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda bu ilin birinci yarısında görülmüş işlərə həsr olunan kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Onlardan 1-nə irad bildirilib, 7-nə töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3396

Oxşar yazılar