“Kristal Pelas”ın azarkeşi UEFA-nın mənzil-qərargahına bir çamadan pul  gətirdi - SƏBƏB
24 iyul 2025 19:07 (UTC +04:00)

“Kristal Pelas”ın azarkeşi UEFA-nın mənzil-qərargahına bir çamadan pul gətirdi - SƏBƏB

“Kristal Pelas”ın azarkeşi UEFA-nın mənzil-qərargahına bir çamadan pul gətirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “qartallar”ın azarkeşləri klublarının Avropa Liqasından kənarlaşdrılmasına etirazlarını davam etdirirlər. Bu dəfə Holmesdale Fanatics assosiasiyasından bir neçə nəfər təşkilatın Nyondakı baş qərargahına yollanıb.

Onlar Aleksandr Çeferinə komandanın turnirə qaytarılmasını tələb edən məktub gətiriblər, həmçinin bir çemodan saxta əskinasları UEFA əməkdaşına veriblər. 

Kristal Pelas” dünən CAS-a müraciət edib. Qərar avqustun 11-də elan olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar