Türkiyəli fenomen Şeyma Subaşı Marlon Teyşeira ilə yollarını ayırıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hər zaman olduğu kimi bu münasibətində də iddialı danışan Subaşı, bir proqramda Marlon haqqında belə demişdi: “Həyatımda biri var ki, həyatımın sonuna qədər onu buraxmayacağam, deyəsən o insan odur. Ona görə deyirəm ki, rahatlıqla ölə bilərəm. Ruhum evlidir".
Lakin bu sözlərin üstündən çox keçməmiş gözlənilən baş verdi. Şeyma Subaşı və Marlon Teyşera bir-birlərini sosial şəbəkələrdə izləmədən çıxararaq ayrılıqlarını səssiz şəkildə elan etdilər. Bu son hadisə ilə birlikdə Subaşı sevgi həyatında bir dəfə daha məyus oldu.