Rusiya və Ukrayna İstanbulda razılıq əldə etdi
23 iyul 2025 22:43 (UTC +04:00)

Rusiya və Ukrayna İstanbulda razılıq əldə etdi

Rusiya və Ukrayna İstanbulda keçirilmiş üçüncü danışıqlar raundunun nəticələrinə əsasən yalnız hərbi əsirlərin deyil, həm də mülki şəxslərin dəyişdirilməsi barədə razılıq əldə ediblər.

Lent.az xəbər verir ki, bu barədə TASS agentliyi mənbəsinə istinadən məlumat yayıb.

“Əsas nəticə odur ki, yalnız hərbi əsirlərin deyil, həm də mülki şəxslərin dəyişdirilməsi planlaşdırılır”, – deyə mənbə bildirib.

Qeyd edək ki, Moskva və Kiyev nümayəndə heyətləri arasında baş tutan bu görüş təxminən 40 dəqiqə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar