Ölüm xəbəri   yayılan Sərdar Ortac DANIŞDI
24 iyul 2025 14:57 (UTC +04:00)

Ölüm xəbəri yayılan Sərdar Ortac DANIŞDI

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın öldüyü ilə bağlı iddialar yayılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, müğənni ölüm xəbəri ilə bağlı video paylaşaraq, iddialara son qoyub.

Sənətçinin canlı şəkildə “ölmədim” deyə verdiyi cavab, həm pərəstişkarları, həm də ictimaiyyət üçün aydınlıq gətirib.

Qeyd edək ki, Ortac, bir neçə ildir Multipl Skleroz (MS) adlı xroniki sinir sistemi xəstəliyi ilə mübarizə aparır. Bu xəstəlik onun fiziki hərəkətlərinə ciddi təsir göstərsə də, sənətçi müalicəyə davam edir və son açıqlamasına görə vəziyyəti yaxşılaşmağa doğru gedir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926

Oxşar yazılar