Milyonçuların yeni həyat tərzi:  Bahalı əşyalara pul xərcləmirlər,  əksinə...
24 iyul 2025 17:03 (UTC +04:00)

Milyonçuların yeni həyat tərzi: Bahalı əşyalara pul xərcləmirlər, əksinə...

“Julius Baer” bankının apardığı tədqiqat 25 iri şəhərdən olan 360 milyonçunun istehlak vərdişlərini təhlil edib. Araşdırma göstərir ki, varlı insanlar artıq lüks əşyalara deyil, sağlamlığa və şəxsi təcrübələrə daha çox pul xərcləyirlər. Milyonçuların həyat tərzi qlobal miqyasda oxşar olduğu üçün seçmə qrupun kiçik olmasına baxmayaraq, nəticələr etibarlı hesab olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bankın məlumatına əsasən, lüks həyat tərzi indeksində uzun müddətdən sonra ilk dəfə 2 faiz azalma qeydə alınıb.

Adətən bu indeks daha sürətlə artırdı. Məsələn, qadın ayaqqabılarının qiyməti 5,7 faiz, brend çantalar 3,5, zinət əşyaları 3,3, şampan isə 4,2 faiz ucuzlaşıb. Texnoloji məhsullar da ucuzlaşıb  xüsusilə də Apple şirkətinin yeni çiplərə keçməsi səbəbindən MacBook qiymətində 22,6 faiz azalma baş verib.

Artıq varlı insanlar maddi əşyalar əvəzinə daha çox təcrübəyə yönəlirlər. Onlar tez-tez səyahət edir, lüks otellərdə qalır və bahalı restoranlara üstünlük verirlər. Bu səbəbdən biznes-klass bilet qiymətləri 18,2 faiz artıb, amma bu artım tələbi azaltmayıb. Lüks otellərdə qiymətlər isə 3,1faiz yüksəlib.

Yeganə bahalaşan kateqoriya saatlardır. Onların 5,6 faiz bahalaşmasının səbəbi isə saatların artıq təkcə aksesuar deyil, həm də sərmayə aləti kimi qəbul edilməsidir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942

Oxşar yazılar