<b>Bakıda türkün evindən 40 min avro, 10 min dollar və 10 min manat oğurlandı</b>
05 avqust 2016 06:30 (UTC +04:00)

Bakıda türkün evindən 40 min avro, 10 min dollar və 10 min manat oğurlandı

Bakıda oğrular Türkiyə vətəndaşının evini qarət ediblər.

 

APA-nın məlumatına görə, naməlum şəxslər evdən külli miqdarda pul aparıblar. Hadisə rayonun Kaveroçkin küçəsində qeydə alınıb.  Belə ki, sözü gedən ünvanda yaşayan Türkiyə vətəndaşı 1960-ci il təvəllüdlü Elgün Cumhur Elgun oğlunun mənzilinə  daxil olan naməlum şəxs və ya şəxslər oradan 40 min avro, 10 min ABŞ dolları və 10 min Azərbaycan manatı  oğurlayıblar. Dərhal Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib. Mənzilə baxış keçirən polis əməkdaşları oradan barmaq izləri götürüblər.

 

Aparılan araşdırmalar  zamanı məlum olub ki, oğrular Türkiyə vətəndaşının yaşadığı mənzilə açar seçmə yolu ilə daxil olublar.

 

Hazırda  sözü gedən oğurluq hadisəsinin kim tərəfindən törədilməsi Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35