Efiopiyanın paytaxtı Əddis-Əbəbədə törədilən partlayış nəticəsində xəsarət alanların sayı 156 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Efiopiya Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, yaralananlardan 8 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, partlayış yeni baş nazir Abiy Əhmədə dəstək mitinqində törədilib. Baş nazirin də iştirak etdiyi aksiyada naməlum şəxs kütləyə qumbara atıb.