ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Tzinpin arasında telefon danışığı olub. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
Məlumata görə, telefon danışığı zamanı liderlər Şimali Koreya ətrafındakı vəziyyəti müzakirə ediblər.
Donald Tramp və Si Tzinpin razılığa gəliblər ki, Seul və Pxenyan arasında dialoqun davam etdirilməsi KXDR rəhbərliyinin “destruktiv davranışında” dəyişikliyə səbəb olar.
Tramp Şimali Koreyanın nüvəsizləşdirilməsinə nail olmaq üçün ABŞ-ın bu ölkəyə qarşı təzyiqi davam etdirəcəyini qeyd edib.