[b]Putin: “Rusiya və ABŞ böyük məsuliyyət daşıyır”[/b]
16 iyul 2018 19:44 (UTC +04:00)

[b]Putin: “Rusiya və ABŞ böyük məsuliyyət daşıyır”[/b]

“Görüş açıq və işgüzar mühitdə keçdi. Bu gün həm Rusiya, həm də ABŞ digər təhlükələrlə üz-üzədir. İki nüvə nəhəngi kimi biz dünyada təhlükəsizliyin təmin olunması işində məsuliyyət daşıyırıq. Hesab edirik ki, hərbi-siyasi və silahsızlanma məsələlərində birgə işləməyə hazırıq. Biz terrora qarşı birgə mübarizənin tərəfdarıyıq. Bizim xüsusi xidmət orqanlarımız bir yerdə işləyir və çox uğurlu işləyir”. 

 

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu ABŞ prezidenti ilə görüşdən sonra keçirilən birgə brifinqdə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
 

O qeyd edib ki, görüşdə regional böhranlar bağlı müzakirələr də aparılıb: “Bütün məsələlərdə mövqelərimiz üst-üstə düşmür. Lakin mövqelərimizin üst-üstə düşdüyü məsələlər də var. Rusiya və ABŞ Suriya məsələsində təşəbbüsü öz əlinə ala və qaçqınların öz doğma evlərinə qayıtmasına kömək edə bilər. Ukrayna böhranına diqqət ayırdıq. Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyi qeyd olunub. İki ölkə arasında ticarət-iqtisadi əlaqələri müzakirə etdik. Prezident Tramp Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi ilə bağlı məsələni xatırlatdı. Mən bir daha qeyd etdim ki, Rusiya hökuməti heç vaxt ABŞ-da seçkilərə müdaxilə etməyib. Biz ilk tam formatlı görüşümüzdən razıyıq. Ümid edirəm ki, biz bir-birimizi daha yaxşı başa düşməyə başlamışıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

APA Baycan

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35