
İcra hakimini bir gündə 3 dəfə döydülər - İranın daxili işlər naziri narahatdır
İranın daxili işlər naziri ölkədə baş verən dağıdıcı seldən sonra xalqın dövlət rəsmilərinin səriştəsizliyinə görə əsəbiləşdiyini bildirib.
Əbdülrza Rəhmani Fəzlinin sözlərinə görə, Gümüşanın icra hakimi ona bir gün ərzində 3 dəfə xalq tərəfindən döyüldüyünü deyib.
Bundan öncə “Sepah”ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur isə problemlərin çox olduğunu, böhran vəziyyətində idarəetmənin mövcud olmadığını, eləcə də heç bir məmurun Poldoxtərə gedib, əsəbi xalqın qarşısına çıxmağa cəsarətinin çatmadığını demişdi.
Qeyd edək ki, İranın bir çox bölgələrində baş vermiş güclü daşqınlar zamanı ölkə rəsmilərinin təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında və xalqa yardımlar çatdırılmasında səriştəsiz fəaliyyəti insanların qəzəbinə səbəb olub. Əhalinin bildirdiyinə əsasən, onlara bu günə qədər dövlət tərəfindən yardım edilməyib və ya edilən yardımlar məmurlar tərəfindən mənimsənilib.
(gunaz.tv)
Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13