[b]"Boyarışnik"dən ölənlərin sayı 74-rə çatdı[/b]
23 dekabr 2016 07:29 (UTC +04:00)

[b]"Boyarışnik"dən ölənlərin sayı 74-rə çatdı[/b]

0

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnik" içkisindən zəhərlənərək ölənlərin sayı 74 nəfərə çatıb.

 

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib. Məlumata  görə, ümumilikdə konsentratdan 122 nəfər zəhərlənib. 31 nəfər isə stasionar müalicədədir.

 

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 12 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar