Rusiyanın Orenburq vilayətində fərdi evdə 7 nəfər dəm qazından zəhərlənərək ölüb.
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə region üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildiriblər.
Məlumata görə, ölənlərdən 3-ü uşaqlardır.
“Dəm qazından zəhərlənmə nəticəsində 3-ü uşaq olmaqla, 7 nəfər ölüb”, məlumatda deyilir. Hadisənin səbəbləri müəyyənləşdirilir.