«Yanukoviç Ukraynanın strateji obyektlərini girov qoyub»
17 dekabr 2013 23:46 (UTC +04:00)

«Yanukoviç Ukraynanın strateji obyektlərini girov qoyub»

Ukrayna parlamentindəki «UDAR» fraksiyası və partiyasının lideri Vitali Kliçko bildirib ki, ölkə prezidenti Viktor Yanukoviç Rusiyadan aldığı 15 milyard kredit üçün ölkənin strateji obyektlərini girov qoyub.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, deyib: «Etibarlı mənbələrdən əldə etdiyimiz informasiyaya əsasən, 15 milyard dollarlıq kreditə Ukraynanın strateji əmlakı girov qoyulub».

 

 Rusiya Ukraynanın qiymətli kağızlarına Milli Rifah Fondundakı (Ehtiyat Fondu) ehtiyat vəsaitlərindən 15 mlrd. dollar yatırmaq niyyətindədir.


 «İnterfaks»-ın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib: «Əsasən dünyada baş verən maliyyə və iqtisadi böhranla əlaqəli olan Ukrayna iqtisadiyyatının çətinliklərini nəzərə alaraq və Ukrayna büdcəsinə dəstək məqsədilə Rusiya hökuməti Ukrayna hökumətinin qiymətli kağızlarına Milli Rifah Fondundakı ehtiyat vəsaitlərindən 15 mlrd. dollar yatırmağı qərara alıb».

 

Rusiyanın maliyyə naziri Anton Siluanovun sözlərinə görə, Ukrayna istiqraz vərəqələrinin bir hissəsinin artıq bu il buraxılması nəzərdə tutulub. Ukrayna hökumətinin qiymətli kağızlarının buraxılışı  2014-cü ildə də davam etdiriləcək.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Oxşar yazılar